Murad Musayev Latviyaya buraxılmaya bilər
“Sabah”ın baş məşqçisi Murad Musayev Latviyaya buraxılmaya bilər.
Msport.az xəbər verir ki, Azərbaycan klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində RFŞ komandası ilə qarşılaşacaq.
Latviya tərəfi Rusiya vətəndaşı olduğu üçün Musayevin Riqaya gəlişinə qadağa qoymaq istəyir. Onunla yanaşı, komandanın qapıçısı Rustam Samiqqulinin də adıçəkilən ölkəyə buraxılması sual altındadır.
Qeyd edək ki, Musayev komandadan daha tez Riqaya yollanıb.
“Sabah” çarter reysi ilə bu gün saat 11-45-də səfərə çıxacaq.







