featured-image-11516

“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 4-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədə öz oyunumuzu göstərə bilmədik. Hissənin sonunda Volkovun yaxşı epizodu var idi. Fasilədən sonra daha yaxşı oynadıq. İşlənmiş, hazırlanmış kombunasiyalarla qollarımızı vurduq.
Birinci hissədə zəif oyunun səbəbi – nəticəyə görə məsuliyyət təsir göstərdi. Layiq olduğumuz qələbəni əldə etdik”.

Musayev Coy Lens Mikelsin vurduğu qoldan sonda azarkeşləri təxribata çəkməsi barədə suala da cavab verməbi: “Mən bu epizodu görmədim. Düşünmürəm ki, qəsdən edib. Biz heç kimi təxribata çəkmək istəmirdik. Gedib rəqib azarkeşlər qarşısında bunu etmək doğru deyil. Bu, emosiyalardır sadəcə”.

Bənzər xəbərlər