featured-image-12605

“Futbolçulara göstərdikləri xarakterə görə təşəkkür edirəm. Azlıqda olsaq belə, intizamı qoruduq. Bu rəqibə qarşı oynamaq çətindir”

Msport.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev səfərdə “Qarabağ”a 3:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis hakimlik haqqında danışıb: “Matça yenidən baxmaq lazımdır. Mübahisəli anlar var idi. 4-cü qoldan əvvəl sanki top rəqibdən çıxmışdı. Görüşə baxdıqdan sonra nəsə demək olar”.

Bənzər xəbərlər