featured-image-42800

Rusiyanın “Dinamo” (Mahaçqala) komandasının baş məşqçisi Kurban Berdıyev karyerasını Azərbaycanda davam etdirə bilər.

Msport.az “sport24.ru” saytına istinadən xəbər verir ki, 72 yaşlı mütəxəssis ölkəmizdən təklif alıb. Təcrübəli çalışdırıcının yaxın vaxtlarda Mahaçqala təmsilçisindən ayrılacağı bildirilib.

Onun hansı klubun sükanı arxasına keçəcəyi açıqlanmasa da, mümkün variantlardan biri “Sabah” ola bilər. Bu gün Murad Musayevlə yollarını ayıran paytaxt təmsilçisinin postu Rusiya futbolunun digər nümayəndəsinə həvalə edə biləcəyi gözlənilir.

Qeyd edək ki, Kurban Berdıyev 2023-cü ilin yayından “Dinamo”ya başçılıq edir. Bir ara onun adı Azərbaycan millisi ilə də yanaşı hallanırdı.

Bənzər xəbərlər