featured-image-31743

“Zaltsburq” klubu hücum xəttin gücləndirmək istəyir.

Msport.az xəbər verir ki, Avstriya klubunun əsas hədəfi “Qarabağ”ın futbolçusu Musa Qurbanlıdır.

Bu barədə avstriyalı jurnalist Aleksandr Andonov şəxsi tviter səhifəsində paylaşım edib.

O bildirib ki, ötən mövsüm Azərbaycan Premyer Liqasını 21 qol və 7 məhsuldar ötürmə ilə tamamlayan forvard Bundesliqa təmsilçisinin əsas transfer hədəflərindən biridir: “Qurbanlının yaşı və qiyməti də “Zaltsburq” üçün uyğundur. Onun keçidi bir milyon avroya başa gələ bilər. “Qarabağ”ın 2026-cı ilədək müqaviləsi olan oyunçunu buraxıb-buraxmayacağı isə başqa mövzudur”.

Bənzər xəbərlər