featured-image-33852

Millimizin hücumçusu Musa Qurbanlı “Yurqorden”in heyətində debüt edib.

Msport.az xəbər verir ki, İsveç çempionatının 16-cı turunun oyunları keçirilir.
Stokholm klubu öz meydanında çempionatın lideri “Elfsborq”a 0:4 hesabı ilə uduzub.

Musa 58-ci dəqiqədə hesab 3:0 rəqibin xeyrinə olarkən Asoronun əvəzinə meydana çıxıb.

“Yurqorden” 17 oyundan sonra 30 xalla 4-cü yeri tutur.
Lider “Elfsborq”un hesabında 39 xal var.

Bənzər xəbərlər