featured-image-33048

“Neftçi”nin baş məşqçi postuna keçəcəyi gözlənilən Adrian Mutu “Rapid” klubu ilə vidalaşıb. Msport.az xəbər verir ki, 44 yaşlı məşqçi Buxares klubuna sosial şəbəkə vasitəsi ilə son mesajını göndərib:

Həyatımın bu fəxr etdiyim mərhələsi bitdi, hansı ki məni həm pəşəkar, həm də şəxsi mənada daha da inkişaf etdirdi. Həm oyunçu, həm də məşqçi kimi həmişə yeni imkan və çağırışlardan çəkinməmişəm. Bu isə mənim gələcəyimi qurmağa kömək edir. Məşq etdiyim və həmişə yanımda olan futbolçularıma təşəkkürümü çatdırmaq istəyirəm. Həmçinin azarkeşlərə minnətdarlığımi bildirmək istərdim. Onlar həmişə mənə arxa olublar və inanıram ki, gələcəkdə də dəstəklərini əsirgəməyəcəklər.

Eyni zamanda “Rapid” rəhbərliyinə də təşəkkür edirəm ki, mənə belə şans veriblər və sona kimi inanıblar. Onlara gələcəkdə uğurlar və məqsədlərinə çatmağa arzu edirəm.
Çox sağ ol, “Rapid”! #HaydıRapid”

Bənzər xəbərlər