Mutu video paylaşıb, Xavidən sitat gətirdi
“Neftçi”nin baş məşqçisi Adrian Mutu şəxsi instaqram hesabında maraqlı paylaşım edib.
Msport.az xəbər verir ki, Bosniya və Herseqovinada “Jelezniçar”la 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan video yayımlayan rumıniyalı mütəxəssis “Barselona”nın çalışdırıcısı Xavi Ernandesdən sitat gətirib:
“Biz oyun intellektimizi təkmilləşdirməliyik. Futbolda işləmək üçün ən vacib amil ağıldır”.
Qeyd edək ki, “Neftçi” və “Jelezniçar” arasında cavab görüşü avqustun 3-də 8 km stadionunda keçiriləcək.







