featured-image-34148

Adrian Mutunun “Neftçi”dən alacağı məvacib bəlli olub.

Msport.az xəbər verir ki, bu barədə rumıniyalı keçmiş futbolçu Robert Nita deyib.

Onun sözlərinə görə, 44 yaşlı mütəxəssis Bakı klubunda aylıq 50 min avro qazanacaq: “Bu mənada, Mutu 2 ilə təqribən 1,2 milyon avro qazanacaq”.

Qeyd edək ki, Adrian Mutu “Neftçi”nin sükanı arxasına ilk rəsmi oyununa bu gün çıxacaq. “Ağ-qaralar” UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında “Jelezniçar”ın qonağı olacaq.

Bənzər xəbərlər