Namik Ələskərov daha bir Superliqa klubunun hədəfində
“Bursaspor”un formasını geyinən millimizin üzvü Namik Ələskərov daha bir klubun diqqət mərkəzinə düşüb.
Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə “Ankaragücü” yaxından maraqlanır. Bu mövsüm Superliqaya yüksələn paytaxt təmsilçisi təcrübəli oyunçunu heyətinə qatmaq istəyir.
Daha əvvəl “Sivasspor”un da futbolçunun xidmətində maraqlı olduğu barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Ələskərovun “Bursaspor”la 2023-cü ilin yayınadək müqaviləsi var. Ancaq anlaşmaya əsasən, Bursa klubu aşağı liqaya düşsə, vinger azad agent statusu ala bilər.