featured-image-10883

Bu gün Azərbaycan Premyer Liqasının III turunun mərkəzi oyununda “Sabah” “Neftçi”ni qəbul edəcək. Hər iki komanda 2 oyundan sonra 6 xal toplayaraq liderlər qrupundadırlar.

Msport.az xəbər verir ki, meydan sahiblərinin əsas oyunçularından biri Namik Ələskərov sabiq komandasına qarşı matçda meydana çıxa bilməyəcək. “Zirə” ilə görüşdə (3:1) ön əzələlərindən zədə alan millimizin üzvü hələ tam sağalmayıb.

Qeyd edək ki, Ələskərov “Neftçi”dən çıxıb “Bursaspor”a getdiyi üçün “ağ-qaralar”ın azarkeşləri ondan incimişdilər. Ona görə də futbolçunun “Neftçi”yə qarşı oyunu böyük maraqla gözlənilirdi.

 

Bənzər xəbərlər