featured-image-5923

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərov bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq.

27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müddəti 3 ildir.

Namik karyerası ərzində ölkəmizdə “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi” klublarında çıxış edib. Onun son komandası Türkiyə “Bursaspor”u olub.

Ələskərov “Sabah”da 17 nömrəli formada çıxış edəcək.

Bənzər xəbərlər