featured-image-1430

Millimizin üzvü Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” Türkiyənin 1-ci Liqasında növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, komanda 32-ci turda səfərdə “İstanbulspor”la qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana daxil olub, sonadək mübarizə aparan vinger komandasının yeganə qolunu vurub.  27 yaşlı futbolçu 7-ci dəqiqədə hesabı açıb.  Bu, Ələskərovun Bursa klubunda 5-ci qoludur.

Qeyd edək ki, “Bursaspor” turnir cədvəlində 31 xalla 18-ci yeri tutur.

“İstanbulspor” – “Bursaspor” – 3:1

Qollar: Yazqan, 34, Etemi, 68, Topalli, 90+5 – N. Ələskərov, 7

 

Bənzər xəbərlər