featured-image-922

Türkiyənin 1-ci Liqasında 29-cu turun oyunları keçirilir. 

Msport.az xəbər verir ki, millimizin üzvü Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” səfərdə  Vüsal İsgəndərlinin komandası “Keçiörengücü” ilə üz-üzə gəlib.  Qarşılaşma Ankara klubunun  2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ələskərov bu oyunda meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb. Vüsalın adı isə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Bursaspor” yarışın turnir cədvəlində 28 xalla 18-ci, “Keçiörengücü” isə 38 xalla 9-cudur.

Bənzər xəbərlər