featured-image-11392

UEFA Avropa Liqasında “Qarabağ”la bir qrupda yer alan Fransa “Nant”nın baş məşqçisi Antuan Kombuare püşkatma ilə bağlı fikirlərini bildirib.

Msport.az klubun “tvitter” səhifəsinə istinadən bildirir ki, 58 yaşlı mütəxəssis “Nant” “Qarabağ”dan daha “kiçik” klubdurmu?” sulını belə cavablandırıb: “Bəli, onlar öz ölkələrinin çempionudurlar. Onlar hər il avrokuboklarda oynayırlar. “Qarabağ” bizdən fərqli olaraq hər il bunu bacarır”.

Jurnalistin “amma Azərbaycan çempionudurlar” replikasına məşqçi belə cavab verib: “Düzdür, amma bunun az fərqi var. Onlar Çempionlar Liqasında, Avroliqada oynayırlar. Biz isə, əgər düz xatırlayıramsa, 18-20 ildir, bəli 20 il avrokuboklarda çıxış etmirdik. Futbol meydanda oynanılır. Amma düşünürük ki, bu o komandalardandır ki, avrokubok təcrübəsi var. Bizim isə belə təcrübəmiz yoxdur”.

“Nant”ın çalışdırıcısı hazırda qrupda olan rəqiblərlə başabaş mübarizə apara bilməyəcəklərini bildirib: “Amma biz işləyəcəyik ki, klubu  gücləndirək, komandanı yaxşılaşdıraq. Bir şey yaxşıdır ki,  Avropa Liqasında ilk oyunumuza hələ on gün var. Çalışacağıq ki, inkişaf edək və bu klubların qarşısına yaxşı vəziyyətdə çıxaq”.

Kombuare qrupda ən güclü komanda kimi “Olimpiakos”u fərqləndirib: “Bu qrupun ən güclüsü “Olimpiakos”dur. Onlar Yunanıstanda çempion olublar. Ancaq Çempionlar Liqasının qrupuna düşə bilmədilər”.

Bənzər xəbərlər