featured-image-11793

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” növbəti transferini gerçəkləşdirib.

Msport.az “Ouest-france” nəşrinə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi “Lans”da çıxış edən İqnatius Qanaqonu heyətinə cəlb edib.

23 yaşlı kamerunlu hücumçu bu gün yeni klubunda tibbi müayinədən keçəcək.

Qeyd edək ki, “Qarabağ” “Nant”la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.

Bənzər xəbərlər