featured-image-79862

“Napoli” yeni baş məşqçisinin adını açıqlayıb.

Msport.az xəbər verir ki, Neapol klubu Massemiliano Alleqri ilə 2029-cu ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıb.

58 yaşlı mütəxəssis ötən mövsüm “Milan”ın sükanı arxasında idi. Komanda onun rəhbərliyi altında çempionatı 5-ci yerdə başa vurdu.

Alleqri məşqçi kimi 6 dəfə İtaliya çempionu olub: beş dəfə “Yuventus”la və bir dəfə “Milan”la.

Bənzər xəbərlər