Naqelsman qərarını açıqladı: “İstefa vermirəm”
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman DÇ-2026-nın 1/16 finalında Paraqvaya məğlub olaraq mundialda mübarizəni dayandırmaqları haqqında danışıb.
Msport.az xəbər verir ki, o, uğursuzluğa baxmayaraq, vəzifəsindən getmək niyyətində olmadığını deyib:
“Mən istefa vermirəm. Millidə 2028-ci ilə qədər qalmağımı istəsələr, qalacağam. Əgər bunu istəməsələr, komandadan ayrılacağam”.
Qeyd edək ki, Almaniya – Paraqvay görüşünün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Paraqvay 4:3 hesabı ilə qalib gəlib.







