featured-image-17573

“Qol vurmaq həmişə xoşdur, amma növbəti mərhələyə adladığımız üçün daha çox sevinirəm”.

Bunu Msport.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Natan Oduva səfərdə “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final oyunu barədə danışarkən deyib.

İngiltərəli hücumçu çempionatdakı 2:4 hesablı məğlubiyyətin əvəzini çıxdıqlarını bildirib: “Qisasımızı aldıq. Çətin görüş olsa da, qələbə qazandıq. Buna görə şadam”.

26 yaşlı forvard artıq “Sabah”la Premyer Liqanın XV tur matçına kökləndiklərini söyləyib: “İndi kubokdakı növbəti rəqibimizi yox, çempionat oyununu düşünürük. Addım-addım irəliləmək lazımdır”.

İngiltərə millisinin Qətərdə keçirilən dünya çempionatında İrana 6:2 hesabı ilə qalib gəlməsinə də toxunan Oduva doğma komandasının mundiala yaxşı start verdiyini vurğulayıb: “Start hər kəsin gözlədiyindən daha yaxşı alındı. Amma dünya çempionatında güclü komandalar var. Bu səbəbdən İngiltərə üçün çətin olacaq. Onlara uğurlar arzulayıram”.

Bənzər xəbərlər