featured-image-1280

Millimizin üzvü Dmitri Nazarov Almaniya 2-ci Bundesliqa təmsilçisi “Erzgebirge Aue” klubundan ayrıla bilər.

Msport.az “TAG24″ə istinadən xəbər verir ki, yarımmüdafiəçi klubda qalıb-qalmayacağı ilə bağlı rəhbərliklə danışacağını deyib: “Hələ heç kimlə danışmamışam. Mən çox nikbin insanam və həmişə ayağa qalxacağımıza inanmışam. İki gün özümü silkələyib, ailəmlə danışacağam. Görək, nə etmək mümkündür. Klub rəhbərliyi ilə də söhbətim olacaq”.

“Erzgebirge Aue” hazırda 19 xalla 18 komanda arasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komanda 2-ci Bundesliqanı tərk etsə, Nazarov klubdan ayrıla bilər. Yığmamızın üzvünün bir ara “Neftçi”yə keçə bilmək ehtimalı var idi.

Bənzər xəbərlər