Nazarovun qolu ən yaxşı seçildi
Azərbaycan millisinin və “Ertsgebirge” klubunun futbolçusu Dmitri Nazarov Almaniyanın III Bundesliqasında sentyabrın ən yaxşı qolunun müəllifi seçilib.
Msport.az xəbər verir ki, 32 yaşlı hücumçunun IX turda “Meppen”in qapısına vurduğu top 30 faiz səslə birinci olub.
Təcrübəli forvard sözügedən qolu 3:0 hesabı ilə qalib gəldikləri matçın 45+4-cü dəqiqəsində vurub.
Qeyd edək ki, Dmitri Nazarov son vaxtlar Azərbaycan millisinə dəvət almır.
Nazarovun vurduğu sözügedən qolu aşağıdakı linkdən izləyə bilərsiniz: