featured-image-6989

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov bu gün Tofiq Bəhramov adına Respublika stadionunu ziyarət edib.

Msport.az xəbər verir ki, nazir Ağdam klubunun UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex” (Polşa) ilə keçirəcəyi oyunun hazırlıq işləri ilə tanış olub və öz tövsiyələrini verib.

“Qarabağ”ın vitse-prezidenti Fevzihan Aras nazirə zaman ayırdığı və işləri ilə tanış olduğu üçün təşəkkür edib.

Xatırladaq ki, “Qarabağ”ın “Lex”lə ilk oyunu iyulun 5-də səfərdə, cavab görüşü isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

media-290322229_584330086395363_7875227719473571608_n media-289424896_584330089728696_1543684796903490983_n media-289386566_584330093062029_6037096823867596876_n

Bənzər xəbərlər