featured-image-24389

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Sabah”la oyunda (0:2) hakimlərdən narazı qalıb. Msport.az xəbər verir ki, Gəncə təmsilçisinin çalışdırıcısı mətbuat konfransında idarəçilikdən gileylənib:

“Demişəm ki, hər kəsin etdiyini vicdanına buraxmışıq. Penalti epizodunda mübahisə var idi. Bizə qarşı kobudluq olanda heç VAR-dan xəbər gəlmir. Futbolçuların haqqına girmək olmaz. Biz komanda yaratmaq istəyirik. Neçənci oyundur haqsızlıqla üzləşirik”.

Qeyd edək ki, “Sabah” – “Kəpəz” oyununun baş hakimi Rauf Allahverdiyev olub. O, 15-ci dəqiqədə Abdullahi Şuaybuya qırmızı vərəqə göstərib. 40-cı dəqiqədə isə “Kəpəz”in qapısına penalti təyin olunub.

AYXAN 

 

Bənzər xəbərlər