SSRİ-nin əfsanəsi, "Napoli"nin tarixinə düşən, Çexoslavakiya yığmasının oyunçusu, - "Neftçi"nin məşqçiləri futbolçu olarkən
Bir neçə gün öncə “Neftçi”nin Müşahidə Şurası baş məşqçi Samir Abasovla müqavilənin uzadılmaması barədə qərar qəbul etdi. Yaxın günlərdə paytaxt klubunun yeni çalışdırıcısının adı məlum olacaq. Msport.az müstəqillik illərində “ağ-qaralar”a rəhbərlik etmiş mütəxəssisləri yada salır, amma fərqli formada. Onlar futbolçu kimi nə ilə yadda qalıblar? Maraqlıdırsa, izləyin.
ƏHMƏD ƏLƏSGƏROV

Klubları: ODO (Tbilisi), DO (Bakı), “Neftçi”.
Titulları: yoxdur
Yığmada oyun sayı: 0
Fakt: “Neftçi”nin heyətində SSRİ güclülər dəstəsində 115 oyun keçirib 6 qol vuran Ələsgərov baş məşqçi postuna 31 yaşında gəlib və Bakı komandasına bütünc medal qazandırıb.
SERGEY KRAMARENKO

Klubları: “Neftçi”, “Çernomorets”, “Xəzər” (Lənkəran).
Titulları: SSRİ çempionatının bütünc mükafatçısı (1966).
Yığmada oyun sayı: 0
Fakt: “Neftçi”də ən çox oyun keçirən futbolçudur – 372. 1971-ci ildə hakimi vurduğu üçün 3 il diskvalifikasiya olunsa da, Heydər Əliyevin məsələyə qarışmasından sonra 1973-də yenidən futbola qayıdıb.
VAQİF SADIQOV

Klubları: “Araz” (Naxçıvan), “Neftçi”, “Nistru”, “Göyəzən”, “Xəzər” (Sumqayıt), “Nicat” (Maştağa).
Titulları: Yoxdur
Yığmada oyun sayı: 0
KAZBEK TUAYEV

Klubları: “Spartak” (Nalçik), “Neftçi”, “Spartak” (Bişkek).
Titulları: SSRİ çempionatının bürünc mükafatçısı (1966).
Yığmada oyun sayı: 2
Fakt: 1970-ci ildə “Neftçi”nin baş məşqçisi Əhməd Ələsgərovla konfliktə görə Qırğızıstana – “Spartak” klubuna yollanıb. Lakin növbəti il yenidən Bakıya qayıdıb.
RUSLAN ABDULLAYEV

Klubları: “Neftçi”, “Dinamo” (Gəncə).
Titulları: Yoxdur
Yığmada oyun sayı: 0
Fakt: 2000-ci ildə “Ərzrumspor”un baş məşqçisi olarkən “Qalatasaray”a 0:7 hesablı məğlubiyyətdən sonra istefa vermişdi.
ASƏF NAMAZOV

Klubları: “Neftçi”, “Xəzər” (Lənkəran), “Kuban”.
Titulları: Yoxdur
Yığmada oyun sayı: 0
OQTAY ABDULLAYEV

Klubları: “Araz” (Naxçıvan), “Neftçi”
Titulları: Yoxdur
Yığmada oyun sayı: 0
Fakt: 2000-ci ildə Sumqayıtda keçirilən “qızıl oyun”da “Neftçi” məhz onun rəhbərliyi altında “Şəmkir”ə uduzaraq çempionluğu əldən vermişdi.
AĞASƏLİM MİRCAVADOV

Klubları: “Neftçi”.
Titulları: Yoxdur.
Yığmada oyun sayı: 0
Fakt: 2006-cı ildə “Neftçi”dən sonra gedib prinsipial rəqib “Xəzər Lənkəran”ın baş məşqçisi olduğuna görə “ağ-qaralar”ın əksər azarkeşləri hələ də onu bağışlamayıblar.
QURBAN QURBANOV

Klubları: “Daşqın”, “Alazani” (Gürcüstan), “Turan”, “Kür-Nur”, “Neftçi”, “Dinamo” (Stavropol), “Baltika”, “Fakel”, “Volqar-Qazprom”, “İnter”.
Titulları: Azərbaycan çempionu (1993-1994, 1996-1997, 2003-2004, 2004-2005), Azərbaycan kubokunun qalibi (2003-2004).
Yığmada oyun sayı: 68 (14 qol).
Fakt: “Neftçi” bəlkə də 2007-ci ildə onu baş məşqçi postundan göndərməklə tarixinin ən böyük səhvini edib. Qurbanov hələ də Azərbaycan milli komandasının ən sərrast futbolçusu sayılır. Məşqçi kimi isə o, ölkəmizdə bütün rekordları təzələyib.
VLASTİMİL PETRJELA

Kubları: “Jelezarni”, “Zbroyovka”, “Siqma”, “Ruda”, “Slaviya Praqa”.
Titulları: Yoxdur
Yığmada oyun sayı: 2
Fakt: “Neftçi”nin o zamankı vitse-prezidenti Ramin Musayevin Petrjelanı Azərbaycandan necə qovması haqqında hələ də lətifələr danışılır. Maraqlıdır ki, Bakıdan getdikdən sonra onun heç yerdə məşqçi karyerası normal alınmadı.
ANATOLİ DEMYANENKO

Klubları: “Dnepr”, “Dinamo” (Kiyev), “Maqdeburq”, “Vidzev”.
Titulları: SSRİ çempionu (1980, 1981, 1985, 1986, 1990), SSRİ kubokunun qalibi (1982, 1985, 1987, 1990). SSRİ Superkubokunun qalibi (1981, 1986, 1987), Kuboklar Kubokunun qalibi (1986).
Yığmada oyun sayı: 80 (6 qol).
Fakt: Demyanenkonu sol cinahda dayanmadan işlədiyinə görə “iki ürəkli” futbolçu adlandırırdılar. SSRİ yığmasında 23 oktyabr 1981-ci ildə Türkiyəyə qarşı oyunda debüt edib. SSRİ-nin 4:0 hesabı ilə qalib gəldiyi matçda qollardan birini o vurmuşdu.
BÖYÜKAĞA AĞAYEV

Klubları: “Lokomotiv” (Bakı), “Neftçi”, “Belaya Kalitva” (Rostov).
Titulları: Yoxdur
Yığmada oyun sayı: Yoxdur
HANS YURGEN GEDE

Klubları: “Şalke”, “Proyssen”, “Fortuna Köln”.
Titulları: Almaniya Bundesliqasının vitse-çempionu (1976-1977).
Yığmada oyun sayı: 0
Fakt: “Neftçi” tarixinin ən uğursuz məşqçilərindən biri hesab olunur. “Neftçi”dən sonra Myanma, Liviya, İran, Vetnam kimi ölkələrdə işləyib. Hələ də Vyetnamda “Vettel” klubunu çalışdırır.
ARİF ƏSƏDOV

Klubları: “Neftçi”, “Spartak” (Vladiqafqaz), “Dinamo” (Bakı), “Tümen”, “Anji”, “Qarabağ”, “Xəzər-Lənkəran”, “Gəncə”.
Titulları: Azərbaycan çempionu (1992, 1995-1996), Yeniyetmələr arasında dünya çempionu – U-16 (1987), Gənclər arasında Avropa çempionu U-19 (1988).
Yığmada oyun sayı: 43
BÖYÜKAĞA HACIYEV

Ayaq üstə: Soldan birinci
Klubları: “Araz Naxçıvan”
Titulları: Yoxdur
Yığmada oyun sayı: 0
FAKT: “Neftçi” tarixinin ən koloritli məşqçilərindən hesab olunur. Onun sitatları hələ də dillər əzbəridir. Paytaxt klubu tarixində Avropa Liqasının qrupuna ilk və hələ ki sonuncu dəfə onun rəhbərliyi altında düşüb. Uzun sürən xəstəlikdən sonra 2018-ci ildə vəfat edib.
TƏRLAN ƏHMƏDOV

Klubları: “Termist”, “Neftçi”, “Turan”, “Terek”, “Qarabağ”, “Anji”, “Şəfa”, “Fakel”, “Esteqlal”, “Volın”, “Karvan”, “Olimpik-Şüvəlan”.
Titulları: Azərbaycan kubokunun qalibi (1993), gənclər arasında Avropa çempionu U-18 (1990).
Yığmada oyun sayı: 75.
Fakt: Uzun illər ən yüksək səviyyədə oynasa da, karyerasında heç vaxt Azərbaycan çempionu ola bilməyib. 2018-ci ildə “Neftçi”ni aşağı sıralardan götürüb bürünc medal qazandırıb və avrokuboklara çıxarsa da, istefaya göndərilmişdi.
NAZİM SÜLEYMANOV

Klubları: “Neftçi”, “Avtomobilçi” (Migəçevir), “Spartak”, “Alaniya”, “Jemçujina”.
Titulları: Rusiya çempionu (1995).
Yığmada oyun sayı: 24 (5 qol)
Fakt: Hələ də “Alaniya”nın Rusiya çempionatlarında ən çox qol vuran futbolçusudur. Osetiyanın fəxri vətəndaşıdır. Böyük futbolçu olsa da, məşqçi kimi istədiyi zirvəyə yüksələ bilmədi.
SAMİR ƏLİYEV

Klubları: “Bakılı”, MOİK, “Neftçi”, “Volın”, “Uralan”, “Xəzər -Lənkəran”, “İnter”, “Simurq”, “Turan”.
Titulları: Azərbaycan kubokunun qalibi (1998-1999).
Yığmada oyun sayı: 34 oyun (4 qol).
ƏSGƏR ABDULLAYEV

Klubları: “Neftçi”.
Titulları: Azərbaycan çempionu (1992).
Yığmada oyun sayı: 0
Fakt: “Neftçi” tarixində ən çox oyun keçirən 2-ci futbolçudur – 368. 2018-ci ildən “Turan”dan çıxdıqdan sonra heç bir klubda baş məşqçi kimi işləməyib.
VƏLİ QASIMOV

Klubları: “Mayak”, “Metallist”, “Neftçi”, “Spartak”, “Dinamo” (Moskva), “Betis”, “Albasete”, “Esixa”, “Vitoriya Setubal”, “İmortal”.
Titulları: Yeniyetmələr arasında Avropa çempionu U-16 (1985), SSRİ kubokunun qalibi (1991-1992).
Yığmada oyun sayı: 14.
Fakt: “Betis”in heyətində İspaniya çempionatının bürünc medalını qazanıb. 1992-ci ildə Rusiya çempionatının ən sərrast futbolçusu olub – 16 qol. Milli komandada 1 qol belə vura bilməyib.
ELXAN ABDULLAYEV

Klubları: “Termist”, “Azəri”, “Turan”, “Peştyani” (Slovakiya), “Trençin” (Slovakiya), “Xəzri” (Buzovna).
Titulları: Yoxdur.
Yığmada oyun sayı: 0
Fakt: Azərbaycan futbolunun tanınmış məşqçilərindən olan “Neftçi”ni çalışdırmış Ruslan Abdullayevin oğludur. Fəxrəddin Manafovun mərhum qardaşı Maratın Slovakiyada yaratdığı klubda çıxış edib. Hazırda 19 yaşlılardan ibarət millimizin baş məşqçisidir.
ROBERTO BORDİN

Klubları: “Sanremeze”, “Taranto”, “Parma”, “Çezena”, “Atalanta”, “Napoli”, “Pyaçentza”, “Triestina”, “Spetsiya”, “Viçenza”.
Titulları: Yoxdur
Yığmada oyun sayı: 0
FÜZULİ MƏMMƏDOV

Klubları: “Azərneftyağ”, “Neftçi”, “Prikarpatye”, MOİK, “ANS Pivani”, “Turan”, “Maşınsazi”, “Xəzər-Lənkəran”, “Simurq”, “Olimpik”, “Karvan”, “Neftçala”.
Titulları: Azırbaycan çempionu (1995-1996), (2006-2007), Azərbaycan kubokunun qalibi (1994-1995), (1995-1996), (2000-2001), (2006-2007), (2007-2008).
Yığmada oyun sayı: 9
Fakt: “Qarabağ”a 0:6 hesablı məğlubiyyətdən sonra “Neftçi”nin baş məşqçi postundan istefaya göndərilib.
SAMİR ABASOV

Klubları: “Viləş”, “Neftqaz”, “Şəfa”, “Şahdağ”, “Neftçi”, “Qarabağ”, “Karvan”, “İnter”, “Sumqayıt”.
Titulları: Azərbaycan çempionu (2003-2004), (2007-2008), Azərbaycan kubokunun qalibi (2003-2004).
Yığmada oyun sayı: 46
Fakt: “Neftçi”yə 8 ildən sonra çempionluğu yaşatdı. Ancaq komanda avrokuboklarda zəif çıxış edərək qrupa düşə bilmədi. Bir neçə gün əvvəl istefaya göndərildi.







