"Neftçi" 100 minə aldığı futbolçunu icarəyə verdi
“Neftçi” futbolçuları Xəyal Nəcəfov və Turan Vəlizadə ilə müqaviləni 1 il müddətinə – 2023/2024 mövsümünün sonunadək artırıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hər iki yarımmüdafiəçi növbəti mövsümünün sonunadək “Turan Tovuz”a icarəyə verilib.
Qeyd edək ki, 2021-ci ilin yayında “Sumqayıt”dan transfer olunmuş Nəcəfov 26 oyunda forma geyinib. “Neftçi” ona görə “Sumqayıt”a 100 min manat ödəmişdi.
Son iki mövsümü icarə əsasında “Şamaxı”da keçirmiş Vəlizadə isə 2018 – 2020-ci illərdə ərzində “Neftçi”nin əsas komandasının heyətində 2 rəsmi oyunda meydana çıxıb.