“Neftçi” 5 cavabsız qolla qalib gəldi
“Neftçi” Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Msport.az xəbər verir ki, “ağ-qaralar” II turda doğma meydanda “Araz-Naxçıvan”ı məğlub edib.
“Palms Sports Arena”dakı qarşılaşma 5:0 hesabı ilə bitib. Paytaxt təmsilçisinin qollarına 14 və 17-ci dəqiqələrdə Breno Almeyda, 35-ci dəqiqədə Falaye Sako, 41-ci dəqiqədə İqor Ribeyro, 90+1-ci dəqiqədə Endryu Qravilyon imza atıblar.
“Neftçi” ilk turda “Sumqayıt”ı üstələyib (3:1), “Araz-Naxçıvan” isə “İmişli” ilə qolsuz heç-heçə edib. Günün ilk görüşündə “Turan Tovuz” “Şamaxı” ilə bərabərə qalıb – 0:0.
Qeyd edək ki, ötən gün “Şəfa” səfərdə “Qəbələ”ni 1:0, “Zirə” evdə “İmişli”ni 3:1 hesabı ilə məğlub edib. Avrokuboklarda çıxışla əlaqədar bu turda “Sabah”ın “Sumqayıt”la, “Qarabağ”ın isə “Kəpəz”lə görüşləri təxirə salınıb.







