featured-image-7034

“Neftçi” növbəti transferini açıqlayıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar”  Kenni Sayeflə 2 illik müqavilə bağlayıb.

ABŞ vətəndaşı olan İsrail əsilli futbolçu 5 nömrəli formanı geyinəcək.

28 yaşlı futbolçunun son klubu “Aşdod” olub. O, ötən mövsüm İsrail klubunda icarə əsasında oynayıb. Sayef karyerası ərzində  İsrailin “Bney Sahnin” (2010-2011), “Hapoel Hayfa” (2011-2012), “Kıryat Şimona” (2012-2013), “Hapoel” (Ramat Ha Şaron) (2013-2014), “Gent” (Belçika) (2014-2018), “Anderlext” (2018-2019), “Sinsinati” (ABŞ) (2019), “Lexiya” (Polşa) (2020-2021) klublarında çıxış edib.

Sayef ABŞ milli komandasının şərəfini qoruyub.

Bənzər xəbərlər