“Neftçi” “Araz-Naxçıvan”la qarşılaşacaq
“Neftçi” milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə müddətində yoxlama matçı keçirəcək.
Msport.az xəbər verir ki, paytaxt təmsilçisi “Araz-Naxçıvan” klubu ilə qarşılaşacaq.
Oktyabrın 2-də “Palms Sports” Futbol Mərkəzində baş tutacaq görüş saat 15:30-da start götürəcək.







