“Neftçi” Azərbaycana 0,125 xal qazandırdı
UEFA reytinqində Azərbaycanın aktivinə növbəti xallar yazılıb.
Msport.az xəbər verir ki, “Neftçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Jelezniçar”la ilk matçda 2:2 hesablı heç-heçə edib.
Sarayevodakı nəticə sayəsində Azərbaycanın reytinqinə 0,125 xal əlavə olunub. Bununla cari mövsümdə 0,875, son 5 mövsümdə isə ümumi xallarının sayını 15,125-ə çatdıran ölkəmiz reytinqdə 29-cu pillədə qalıb.
Siyahıya 88,928 xalla İngiltərə liderlik edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.







