featured-image-8438

“Neftçi” daha bir transfer etməyə hazırlaşır. Msport.az xəbər verir ki, paytaxt klubu belaruslu hücumçu Yeqor Boqomolski ilə razılıq əldə edib.

22 yaşlı futbolçu tibbi baxışdan keçmək üçün Türkiyəyə yollanıb. Onunla tezliklə müqavilə bağlanacaq.

Minsk “Dinamo”sunun yetirməsi olan Yeqor Boqomolski Belarus yığmasının da üzvüdür. 22 yaşlı futbolçunun sonuncu klubu “Minsk” olub. O, 2021-ci ildən sözügedən komandada çıxış edirdi. Futbolçu bir müddət Brest “Rux”unda da oynayıb. Gənc forvard ölkəsinin əsas milli komandasında 2 oyuna çıxıb.

Bənzər xəbərlər