“Neftçi” – “Beşiktaş” matçını yayımlayacaq kanal bilindi
UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Beşiktaş” oyununu ölkəmizdə yayımlayacaq kanal müəyyənləşib.
Msport.az xəbər verir ki, “Neftçi Arena”da keçiriləcək matça “CBC Sport” kanalı vasitəsi ilə açıq yayımla baxmaq mümkün olacaq.
Qeyd edək ki, sözügedən matç avqustun 10-u saat 20:00-da başlayacaq.







