"Neftçi" - "Beşiktaş" oyunu BOS-da? - Klubdan rəsmi açıqlama
Bakıda “Neftçi” və Türkiyə “Beşiktaş”ı arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun stadionu hələlik bəlli deyil.
Bu barədə Msport.az saytına Klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, arena ilə bağlı hələ heç nə bilinmir.
Qeyd edək ki, UEFA avqustun 10-na planlaşdırılan matçın 8 km stadionunda olacağını açıqlayıb. Yerli mətbuatda isə qarşılaşmanın Bakı Olimpiya Stadionuna (BOS) salınacağı barədə xəbərlər yayılıb.