featured-image-8764

“Neftçi”nin yeni transfer etdiyi belaruslu hücumçu Yeqor Boqomolskiyə görə ödədiyi məbləğ məlum olub. Msport.az xəbər verir ki, məşhur “transfetmarkt” saytı “ağ-qaralar”ın bu transfer üçün “Minsk” klubuna 100 min avro ödədiyini göstərir.

Qeyd edək ki, Belarus mətbuatı da “Minsk”in bu transferdən pul qazandığını yazmışdı.

22 yaşlı futbolçu “Neftçi” ilə 3 illik müqavilə imzalayıb. O, yeni komandasının heyətində 77 nömrəli formanı geyinəcək.

Minsk “Dinamo”sunun yetirməsi olan Yeqor Boqomolski Belarus yığmasının da üzvüdür. Gənc forvard millidə 2 oyuna çıxıb.

Bənzər xəbərlər