"Neftçi" bu gün Mutunun təyinatını açıqlayacaq
“Neftçi” bu gün yeni baş məşqçisinin adını açıqlayacaq. Msport.az xəbər verir ki, “ağ-qaralar” dünən bununla bağlı sosial şəbəkə hesablarında “hər şey yaxşı olacaq” yazaraq paylaşım ediblər.
Paytaxt klubu yaxın vaxtlarda Adrian Mutunun təyinatı barədə ictimaiyyətə məlumat verəcək. 44 yaşlı mütəxəssis artıq Rumıniya “Rapid”dən ayrılıb və bu kluba yeni məşqçi də təyin olunub.
Rumıniya millisinin sabiq üzvü əvvəlcə Bakıya gəlib rəsmi müqaviləyə imza atacaq, daha sonra isə komandanın düşərgəsinə – Sankt-Peterburqa yollanacaq.
AYXAN







