"Neftçi" Çanqamanı niyə transfer edə bilməyib?
“Neftçi” yay transfer dövründə Yussuf Çanqamanı transfer etmək istəyirmiş.
Msport.az xəbər verir ki, bunu klubun idman direktoru Zaur Əzizov açqlayıb. Əslən Komor adalarından olan 32 yaşlı fransalı futbolçu “Genqam”dan ayrıldıqdan sonra “ağ-qaralar”la danışıq aparıb, amma sonda o, Liqa-1-də çıxış edən “Oser”ə keçib:
“Çanqama mart ayından maraq dairəmizə düşmüşdü. Sadəcə sonda “Oser”ə keçməyə üstünlük verdi. Götürdüyümüz hazırkı oyunçular transfer siyahımızda 3-4-cü sırada deyildilər. Çanqama mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. Həmin mövqeyədə transferlərimiz oldu. Düşünürəm ki, transferlərimiz yetərincə uğurlu idi.
Qeyd edək ki, Çanqama karyerası ərzində “Oldem Atletik” (İngiltərə), “Arba” (Əlcəzair), “Qrenobl” (Fransa) klublarının da şərəfini qoruyub. O, bu mövsüm “Oser”in heyətində 6 oyunda meydana çıxıb. (CBC Sport)







