"Neftçi" daha bir transferə hazırlaşır - Tupta Bakıya gəldi
Yay transfer pəncərəsinin ən fəal klublarından olan “Nefçi” daha bir futbolçu ilə anlaşıb.
Msport.az xəbər verir ki, “ağ-qaralar” slovakiyalı Lübomir Tupta ilə müqavilə bağlayacaq.
28 yaşlı hücumçunun son klubu Yunanıstan təmsilçisi “AE Larisa” olub. O, bu komandanın heyətində 40 oyunda 9 qol vurub və 3 məhsuldar ötürmə verib.
Tupta daha əvvəl “Slovan Liberets”, “Verona”, “Peskara”, “Sion”, “Vidzev Lodz”, “Askoli”, “Visla Krakov” klublarının formasını geyinib.
Slovakiyalı forvard İtaliya A seriyasında 4 oyunda meydana çıxıb. O, Slovakiya millisində 21 oyun keçirib.
Hücumçunun Yunanıstan klubu ilə 2028-ci qədər müqaviləsi olduğundan “Neftçi” “AE Larisa”ya transfer pulu ödəyəcək.







