"Neftçi"də böyük dəyişiklilkər olacaq
Mövsümü titulsuz başa vuran “Neftçi”də böyük dəyişikliklər olacaq.
Msport.az xəbər verir ki, baş məşqçi Samir Abasovla yanaşı, bəzi futbolçular da komandadan göndəriləcək.
“Ağ-qaralar” qapıçı Kamran İbrahimovu, yarimmudafiəçər Vüsal Əsgərovla Ramin Nəsirlini icarəyə göndərmək niyyətindədi. Mirabdulla Abbasovla isə yollar birdəfəlik ayrılacaq. Bundan başqa, hazırda icarədə olanlar – qolkiper Rəşad Əzizli, müdafiəçi Fəhmin Muradbəyli və hücumçu Famil Cəfərov yenidən icarəyə veriləcəklər.
Müdafiə xəttində problemlər yaşayan “Neftçi” Anton Krivotsyuku yenidən komandaya dəvət etmək istəyir. “Visla”da işləri yaxşı getməyən millimizin üzvü bu varianta müsbət yanaşır. (Futbol+)