featured-image-6858

“Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris”in baş məşqçisi Aleksey Şpilevski komandasının hazırlığından və “ağ-qaralar”la görüşdən danışıb. Msport.az Kipr klubunun YouTube səhifəsinə istinadən xəbər verir ki, belaruslu mütəxəssis komandaların eyni vəziyyətdə olduğunu deyib:

‘Komandamızın hazırlığından razıyam. Oyun fəlsəfəsi, hazırlıq barədə klub prezidenti ilə fikirlərimiz üst-üstə düşür. Yeni komanda qururuq və buna uyğun oyunçular götürürük. Konfrans Liqasındakı rəqibimiz “Neftçi” də təxminən bizimlə eyni vəziyyətdədir. Yeni baş məşqçiləri var və futbolçular onun oyun sxeminə uyğunlaşmalıdırlar. Onların da bizim kimi hardasa 3,5 həftə vaxtları var. Yeni baş məşqçi gələndə futbolçular çalışırlar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Bu onların oyunçuları üçün bir motivasiya olacaq. Avrokubok matçları həm də azarkeşlər üçün böyük maraq doğurur, onlar bu görüşləri səbirsizliklə gözləyirlər. Düzdür, bizim komanda da həmin oyunlara 100 faiz hazır olmayacaq, lakin sonadək döyüşəcəyik, mübarizə aparacağıq. Hər qarşılaşmaya sonuncu şans kimi baxacağıq”.

Bənzər xəbərlər