"Neftçi"də yeni təyinat
“Neftçi”də yeni təyinat gerçəkləşib.
Msport.az saytının məlumatına görə, Aysu İbrahimli klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentində məsləhətçi vəzifəsini icra edəcək.
O, daha əvvəl Bakı Media Mərkəzində yaradıcı direktor işləyib.
Qeyd edək ki, “Neftçi”də Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyevdir.







