"Neftçi"dən aşağı liqa klubuna keçdi - RƏSMİ
“Neftçi”dən ayrılan Gilyerme Patonun yeni klubu bəlli olub.
Msport.az xəbər verir ki, braziliyalı hücumameylli yarımmüdafiəçi ölkəsinin “Figeyrense” komandasına keçib.
C Seriyası təmsilçisi 23 yaşlı vingerlə 2024-cü ilin sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, 2022-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş Gilyerme Pato bu müddət ərzində 32 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.







