featured-image-25282

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov martın 26-da “Qalatasaray”la keçiriləcək xeyriyyə matçında müdafiəçilərə ehtiyacının olduğunu deyib.

Msport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı sərəncamında cəmi 3 arxa xətt oyunçusunun – Kevin Medina, Maksim Medvedev və Rahil Məmmədovun qalacağını bildirib. O, sol cinah müdafiəçisinə daha çox ehtiyacları olduğunu vurğulayıb:

“Maksimum 4 futbolçu lazım olacaq. Ola bilər ki, 2 və ya 3 futbolçu dəvət edək. “Neftçi”dən? Bəli, “Neftçi”yə də müraciət edə bilərik. Bütün klublardan oyunçu dəvət etməyimiz mümkündür. Lakin oyuna 2-3 gün qalmış müraciət edəcəyik”.

AYXAN 

Bənzər xəbərlər