featured-image-32402

“Neftçi” yeni transferi Emil Balayevi də Sankt-Peterburqda keçiriləcək turnirə aparır.

Msport.az xəbər verir ki, öncə 29 yaşlı qapıçının adı Rusiyaya yollanacaq 23 nəfərlik heyətə daxil edilməmişdi. Lakin “ağ-qaralar” millimizin üzvünün keçidini açıqladıqdan sonra onu da “Matç TV” turnirinə aparmağı qərara alıblar. Bu barədə saytımıza klubdan məlumat verilib.

Qeyd edək ki, “Neftçi” Rusiyada keçiriləcək yarışda “Zenit”, “Fənərbaxça” və “Srvena Zvezda” komandaları ilə qarşılaşacaq.

Paytaxt klubuna Vadar Nuriyev İqor Getman məşqçi kimi rəhbərlik edəcəklər.

AYXAN 

Bənzər xəbərlər