"Neftçi" Finlandiya çempionatının bombardirini transfer etdi - RƏSMİ
“Neftçi” heyətinə daha bir legioner cəlb edib.
Msport.az xəbər verir ki, “ağ-qaralar”i Finlandiyanın “Qnistan” klubundan nigeriyalı Adeleke Akinyemini transfer edib.
Buna qədər Avropanın müxtəlif liqalarında çıxış etmiş mərkəz hücumçusu Akinyemi iki il əvvəl Finlandiyada “İlves”lə gümüş medal qazanıb. Adeleke Finlandiya çempionatında “Qnistan”la bu mövsüm 22 oyunun hamısında meydana çıxıb.
O, 2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olub. Forvard “Qnistan”da 13 qolla “Finlandiya çempionatının bombardiri idi.
28 yaşlı futbolçu “Neftçi” ilə 2+1 illik müqavilə bağlayıb. O, komandada 26 nömrəli formanı geyinəcək.







