featured-image-4977

Azərbaycanın iki klubu fransalı hücumçu Kevin Nzuzini transfer etmək istəyir.

Msport.az “Sudinfosports”a istinadən məlumatına görə, bunlar UEFA Konfrans Liqasına vəsiqə qazanan “Neftçi” və “Zirə”dir.

Konqo əsilli hücumçunun son klubu Belçikanın səviyyəcə ikinci liqasında çıxış edən RWDM-i (keçmiş “Molenbek”) olub. Son 2 mövsümdə 14 qola imza atmış Nzuzi komandasının bombardiri sayılıb. O, 2016/2017 mövsümündə Fransanın PSJ klubunun B komandasında da çıxış edib. Hüucmçu daha çox Fransanın səviyyəcə 3-cü liqasında forma geyinib.

28 yaşlı forvardın RWDM-lə müqaviləsi iki ay əvvəl başa çatıb. Onun tezliklə seçim edəcəyi bildirilir.

Bənzər xəbərlər