"Neftçi" gecikir, fanatlar artıq məzələnirlər - FOTO
“Neftçi” iyulun 21-də UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”lə ilk oyununu keçirəcək.
Kipr klubu ilə qarşılaşmaya təxminən bir ay vaxt qalsa da, “ağ-qaralar” hələ də, baş məşqçi məsələsəni həll edə bilməyib. Əvvəlcə yeni çalışdırıcının adının iyunun 14-də açıqlanacağı deyilsə də, bu, baş tutmadı. Artıq həmin tarixin üstündən dörd gün keçsə də “Neftçi” “başsız” qalıb, komandanın planları bəlli deyil, heyətdə kimlərin qalıb-qalmayacağı dəqiqləşməyib.
Msport.az xəbər verir ki, bütün bu baş verənlər paytaxt klubunun azarkeşlərini ciddi şəkildə narahat edir. Onlar sosial şəbəkələrdə müxtəlif formalarda etirazlarını bildirirlər. Onlardan bəzilərini sizə təqdim edirik:
Toğrul Həmzə: “Neftçi” ilk transferini elədi. Yerli “paraşok” aldı”
Nihad Sadiqov: “Deyəsən bütün klublardan müqaviləsi bitmiş yerli oyunçuları 100 manatdaan oynadacaqlar”.
Vüsal Aydın: “Neftçi” PFK təklif edirəm ki, yerinizə “Sabah” getsin avrokuboklara. Onsuz da belə gedişlə gedib bizi biabır edəcəksiniz”.
Kənan Hənifəyev: “Son dəqiqə: klub rəsmiləri həftəsonuna hava proqnozu ilə maraqlanıblar. Hal-hazırda rəsmi olaraq hansı “plaj”a gedəcəklərini açıqlamayıblar”.