featured-image-7239

“Neftçi” UEFA Konfrans Liqasında “Aris”lə oyun öncəsində heyətini gücləndirməkdə davam edir. Msport.az xəbər verir ki, “ağ-qaralar” Gürcüstan millisinin üzvü Solomon Kverkveliya ilə 2 illik müqavilə bağlayıb. Transferin yaxın saatlarda açıqlanması gözlənilir.

30 yaşlı mərkəz müdafiəçisi Rusiyanın “Rubin”, “Nefteximik”, “Lokomotiv” (Moskva), “Rotor”, Ukraynanın “Metallist 1925” klublarında çıxış ediv. Onun son komandası vətənində “Qaqra” olub.

Kverkveliya Gürcüstan millisində 45 oyun keçirib.

Təcrübəli müdafiəçi “Lokomotiv”in heyətində 2017-2018-ci illər mövsümündə Rusiya çempionu olub, iki dəfə ölkə kubokunu, bir dəfə də Superkuboku qazanıb. O, 2011-2012 mövsümündə “Rubin”lə də Rusiya kubokunun sahibi olub.

İki dəfə Gürcüstanın ən yaxşı futbolçusu seçilib – 2014, 2017-ci illər. 2017-2018 mövsümündə Rusiyada “33 ən yaxşı futbolçu” sırasına düşüb.

Bənzər xəbərlər