featured-image-32036

“Neftçi” bu gün yeni mövsümə hazırlığa başlamalıdır. Amma komanda başsızdır. “Ağ-qaralar” Laurentsiu Regekampfı istefaya göndərsə də, yerinə yeni təyinat olmayıb. Sərgən Yalçın dünən gəlib Bakıda danışıqlar aparıb  geri qayıtdı. Onun qayıdıb müqavilə bağlayıb-bağlamayacağı məlum deyil.

Vaxt isə gedir, gözləmir. “Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi də məlum oldu. Belə vəziyyətdə püşkdə bəxtin gətirməsi vacib idi ki, bu da baş verdi. Çünki iyulun 27-ə kimi komandanın formaya düşməsi o qədər də inandırıcı görünmür. Lakin “ağ-qaralar” əla durumda olmasa belə, “Jelezniçar” – “Dinamo” (Minsk) cütünün qalibini keçməlidir.

Sabah “Neftçi” yəqin ki, əvəzedici heyətin baş məşqçisi Rəşad Abdullayevin rəhbərliyi altında hazırlığa başlayacaq. Bu cür gecikmə ilə, xaotik qərarlarla komanda avrokuboklarda bir mərhələ keçsə, böyük şeydir.

AYXAN

Bənzər xəbərlər