"Neftçi" ilə bağlı şok iddia - Baş məşqçi ilə yanaşı, Kamran Quliyev də göndərilir
“Neftçi” tezliklə baş məşqçisi Laurentsiu Regekampfla yollarını ayıracaq.
Msport.az “playsport.ro” saytına istinadən xəbər verir ki, tərəflər hazırda təzminat məsələsini müzakirə edir.
48 yaşlı mütəxəssisin 100 000 avro təzminat tələbə etdiyi bildirilir.
Rumıniya mətbuatının digər iddiasına görə, Regekampfla yanaşı, klub onu baş məşqçi təyin edən Kamran Quliyevi də göndərməyə hazırlaşır.
Rəhbərliyin işindən narazı olan sponsorlar postu yeni simaya həvalə edəcəklər.
Qeyd edək ki, ötən mövsümün əvvəlində “Neftçi”nin sükanı arxasına keçən Regekampfın “ağ-qaralar”la 2024-cü ilin yayınadək müqaviləsi var.
CAHID