featured-image-6529

“Neftçi” “Anderlext”dən ayrılan israilli futbolçu Kenni Sayefi heyətinə qatmağa hazırlaşır.

Msport.az İsrail mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”la müqavilə imzalamaq üçün Bakıya gələcək.

ABŞ və İsrail vətəndaşlığı olan oyunçu son olaraq icarə əsasında İsrailin “Aşdod” klubunda çıxış edib. O, ötən mövsüm İsrail çempionatında 30 oyunda meydana çıxıb 4 qol vurub.

Qeyd edək ki, Kenni Sayef daha əvvəl Belçikada “Gent” və “Anderlext”in, həmçinin, ABŞ-da “Tsintsinnati” və Polşada “Lexiya” klubunun formasını geyinib. O, İsrail və ABŞ yığmalarının da şərəfini qoruyub.

“Neftçi” ötən gün “Aşdod”un yarımmüdafiəçisi Ataa Caberlə 2 illik müqavilə imzalayıb

Bənzər xəbərlər