featured-image-33916

“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”la qarşılaşacaq.

Msport.az xəbər verir ki, “ağ-qaralar” futbolçularının dəyərinə görə, rəqibini xeyli qabaqlayır.

“Transfermarkt” saytının qiymətləndirməsində Azərbaycan klubunun dəyəri 11 milyon 395 min avrodur. Qeyd edək ki, hələ ki transferi rəsmən açıqlanmayan Qara Qarayev və Ervin Koffi də siyahıya daxil edilib.

“Jelezniçar” futbolçularının qiyməti isə 4 milyon 180 min avro göstərilib. Komandanın ən bahalı futbolçusu qanalı hücumçu Cozef Amoahdır – 500 min avro.

“Transfermarkt”ın qiymətləndirməsinə görə, “Neftçi”nin kapitanı Emin Mahmoduvun dəyəri 1 milyon 400 min avrodur. O, paytaxt komandasının ən bahalı futbolçusu sayılır.

 

 

Bənzər xəbərlər